Ucarda dəhşətli qəza - 18 yaşlı oğlanı iki maşın vurdu

Ucarda dəhşətli qəza - 18 yaşlı oğlanı iki maşın vurdu


Ucarda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Gecce.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Pirkənd kəndindən keçən hissəsində baş verib.

Gəncə şəhər sakini Gəray Aydın oğlu Məmmədov idarə etdiyi “Opel” markalı minik maşını ilə hərəkətdə olarkən yolun hərəkət hissəsinə çıxan Ucar rayonun Pirkənd kənd sakini, 1999-ci il təvəllüdlü Ülvi Ağaismayıl oğlu İsmayılovu vurub. “Opel”markalı maşınının vurduğu piyadanı eyni istiqamətdə hərəkət edən 99 GC 923 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını da vurub. Aldığı xəsarətlərdən Ü.İsmayılov hadisə yerində ölüb.

Faktla bağlı Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, mərhum Ü. İsmayılov hərbi xidmətə çağırılıbmış.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bacıların göz yaşı

22.10.2018 / 14:00
 
Xəbər lenti
                    
Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi 15:30 Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi
                                      
ankara escort