10 müəllimə bir milyon “atan” xanımın məhkəməsi oldu

10 müəllimə bir milyon “atan” xanımın məhkəməsi oldu


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 10 nəfərə 1 milyon pul “atmaqda” təqsirləndirilən Vəfa Osmanlının məhkəməsi keçirilib.

Hakim Zeynal Ağayevin icraatında olan prosesdə zərərçəkənlər ifadə verərək onlara dəyən ziyanın ödənilməsini tələb ediblər.

V.Osmanlı özünü qismən təqsirli bildiyini deyib. Proses noyabrın 24-də davam etdiriləcək.

Ali təhsilli və subay olan V.Osmanlı 1971-ci ildə İmişli rayonunda anadan olub. O, vətəndaşlar - Cəlalə Cəbrayılova, Kəminə Cəbrayılova, Solmaz Babayeva, Şalə Hüseynova, Asif Orucəliyev və digərlərinin etibarından sui-istifadə edərək, onların ümumilikdə 1 milyon manata yaxşın pulunu dələduzluq yolu ilə ələ keçirib. İstintaq dövründə V.Osmanlı həbs edilməyib.

V.Osmanlı Azərbaycan İqtisad Universitetində tutor işləyib, zərərəçəkənlərin əksəriyyəti də müəllimdir.

"Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti