"Hakim olsam, Fədayəni azad edərəm" - Cavanşir Quliyev

"Hakim olsam, Fədayəni azad edərəm" - Cavanşir Quliyev


Bir neçə gündür "Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədova həbsdən qaçmasına kömək etmək ittihamı ilə həbs olunan müğənni Fədayə Laçının ətrafındakı müzakirələr səngimək bilmir. Ona qarşı münasibət birmənalı deyil. Ancaq müğənni "canini sevdiyi" və ona kömək etdiyi üçün cəmiyyətin əksər kəsiminin qınaq hədəfidir.

Gecce.az-ın Xeber365.com-a istinadən məlumatına görə, Fədayənin bu addımına münasibət bildirən bəstəkar Cavanşir Quliyev əksəriyyət kimi düşünmədiyini qeyd edib:

"O edər, heç nəyə baxmaz. Sevirəm belə dəli qızları. Zatən oxumağından bilinirdi... Sakit axan həyatını romana çevirdi Fədayə... Mənim bir neçə mahnımı da oxuyub, çox yaxşı müğənnidi. Hakim mən olsam, buraxaram onu".

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində Etibar Məmmədov öldürülüb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti