Bu yol BAĞLANACAQ

Bu yol BAĞLANACAQ


Bu gün axşam Xətai rayonu, Yusif Səfərov küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.

"Azəravtoyol” ASC-dən verilən məlumata görə, buna səbəb həmin ərazilərdə avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləridir.

Belə ki, bu gün axşam saat 22:00-dan etibarən adıçəkilən ərazilərdə üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

Publika.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti