Oğurladığı kartdan pul çıxarıb təkrar yerinə qoydu

Oğurladığı kartdan pul çıxarıb təkrar yerinə qoydu


Sentyabrın 6-da Nərimanov rayon sakini olan qadın bank hesabından pulunun çıxarılaraq oğurlanması barədə polisə məlumat verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qadın izahatında rayon ərazisindəki bankomatlardan birindən hesabından ümumilikdə 2938 manatının çıxarılaraq oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən oğurluğu törədən şəxsin kimliyi müəyyənləşdirilib. Onun qadının qonşusu Hüseyn Muradov olduğu məlum olub.

Müəyyən edilib ki, H.Muradov qonşusunun olmadığı vaxt açar seçmə yolu ilə evə girib, oradan qızıl əşyası və üzərində kodu olan bankomat kartını götürübmüş. Müxtəlif vaxtlarda həmin hesabdan müəyyən məbləğlər çıxardıqdan sonra isə kartı yenə eyni üsulla qaytararaq yerinə qoyub.

Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq gedir.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

20.10.2017 / 09:00
 
Xəbər lenti