Cəlilabadda sürüşmə zonaları aktivləşib - FOTO

Son günlər yağan intensiv yağışlar Cəlilabad rayonundakı sürüşmə zonalarında aktivliyi artırıb.

Gecce.az "Report"a istinadən bildirir ki, son günlər rayonda aramsız yağışların yağması nəticəsində Cəlilabad - Yardımlı avtomobil yolunun Pərdi kəndi ərazisindən keçən hissəsində yolda yeni çatlar əmələ gəlib.
Torpaq sürüşməsi ətraf ərazidəki qəbiristanlıq və yaşayış evləri üçün də təhlükə yaradıb. Kənd sakinlərinin sözlərinə görə, yol boyu sürüşmə aktivliyi hər gün bir neçə santimetr artır. Odur ki, yolda yük avtomobillərinin hərəkətində çətinliklər də yaşanır. Belə ki, yüklə dolu avtomobillər daha çox sürüşmə zonalarında yolun kənarından keçməyə çalışırlar ki, bu da qəza riskini artırır. Qumla dolu yük maşınlarından biri məhz həmin yolda qəzaya uğrayaraq aşıb, sürücü isə yüngül xəsarətlə qurtulub.
Yerli sakinlərin dediyinə görə, qarşıdakı günlərdə intensiv yağışlar olarsa, ərazidəki torpaq sürüşməsinin miqyası daha da genişlənə bilər.
Qeyd edək ki, Cəlilabad-Yardımlı yolu Yardımlı ilə yanaşı Cəlilabadın 40-a yaxın kəndini rayon mərkəzi ilə birləşdirir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti