45 yaşlı qadın intihara cəhd etdi - Xəstə oğlunu müalicə etdirməyə pulu yoxdur

45 yaşlı qadın intihara cəhd etdi - Xəstə oğlunu müalicə etdirməyə pulu yoxdur


Mingəçevirdə 45 yaşlı qadın intihara cəhd edib.

Gecce,az “Report”a istinadən xəbər verir ki, şəhərin Aydın Məmmədov küçəsi, 7, mənzil 14 ünvanında yaşayan 1972-ci il təvəllüdlüMəmmədova Yaqut Gülhəsən qızı qida üçün uyğun olmayan zərərli maddə içərək özünü öldürmək istəyib.

Zəhərlənmiş qadın təcili xəstəxanaya çatdırılıb. Onun sirkə turşusu, yaxud digər zəhərli maye qəbul etdiyi müayinələrdən sonra məlum olacaq. Xəstənin vəziyyəti orta-ağırdır.

Yaqut Məmmədovanın qan çatışmazlığı və dalaq xəstəliyindən əziyyət çəkən oğlunu müalicə etdirməyə imkanı olmadığı üçün intihara cəhd etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti