Dəm qazından boğulduğu deyilən qadını əri öldürüb

Dəm qazından boğulduğu deyilən qadını əri öldürüb


Sabirabad rayonunda bir neçə ay əvvəl baş vermiş hadisənin təfərrüatları məlum olub.

Sabirabadın Kovlar kəndində Şahnisə Muradovanın yaşadığı evdə ölməsi ilə əlaqədar Baş Cinayət Axtarışı İdarəsi, rayon Prokurorluğu və Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində qadının əri Xanbala Cəfərov tərəfindən boğularaq qətlə yetirilməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə X.Cəfərov tutulub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, ölüm faktı bu il martın 9-da qeydə alınmışdı. Həmin vaxt qadının dəm qazında zəhərlənərək öldüyü ilə bağlı məlumat verilmişdi.

“Qafqazifo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti