Sumqayıtda bağça müdiri uşaqlara 20 manata kotlet satır? - "O, yemək pulu yığır və..."

Sumqayıtda bağça müdiri uşaqlara 20 manata kotlet satır? - "O, yemək pulu yığır və..."


Sumqayıtda bağça direktoru valideynlərdən əlavə pul yığır.

"Günəş” 11 saylı uşaq bağçasının valideynləri bu barədə məlumat veriblər. Adlarının açıqlanmasını istəməyən valideynlər iddia edirlər ki, bağça müdiri Esmira Behbudova qanunsuz olaraq valideynlərdən yemək pulu yığır. Direktor 20 manat pulu ödəməyən uşaqlarıa kotlet verilməyəcəyini bildirib. Valideynlər məsələ ilə bağlı rəsmi qurumlara şikayət edəcəklərini deyiblər.

Məsələ ilə bağlı sözügedən bağça ilə əlaqə saxladıq. Bağçanın direktoru Esmira Behbudova Metbuat.az-a açıqlamasında iddiaların yalan olduğunu bildirdi. O, daha sonra kobud şəkildə telefonu əməkdaşımızın üzünə bağlayıb. Bağça ilə yenidən əlaqə saxladıq. Telefona cavab verən bağçanın əməkdaşı da eyni kobud hərəkətlə dəstəyi yerə qoydu.

Məsələ ilə bağlı araşdırmamız davam edəcək.

Metbuat.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

21.10.2017 / 10:00
 
Xəbər lenti