Sürücülərə XƏBƏRDARLIQ edildi - Sentyabrın 15-i...

Sürücülərə XƏBƏRDARLIQ edildi - Sentyabrın 15-i...


Sentyabrın 15-i dərs ilinin başlanması ilə bağlı artıq sürücülərə xəbərdarlıq edilib.

Bu barədə Metbuat.az-a açıqlaması zamanı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib:

“Sürücülərə müraciət olunub ki, həmin gün nəqliyyat vasitələrini yolun hərəkət hissəsi və nəqliyyat vasitələrinin saxlanılmasının qadağan olunduğu yerdə saxlamasınlar. Çünki Dövlət Yol Polisi və evakuator xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Sözsüz ki, saxlama qayadalarını pozan, digər nəqliyyat vasitələrinin rahat hərəkətinə mane olan bütün avtomobillər evakuator vasitəsilə təxliyə olunacaqlar. Və sürücülər də inzibati məsuliyyətə cəlb olunacaqlar”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti