Bakıda 31 dərəcə isti olacaq

Bakıda 31 dərəcə isti olacaq


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb.

Gecce.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-22, gündüz 28-32, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sabah bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-23, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 14-dək Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əlverişlidir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti