61 yaşlı qadını avtomobil vurub - Ucarda

61 yaşlı qadını avtomobil vurub - Ucarda


Ucarda piyadanın ağır xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün şəhər ərazisində qeydə alınıb.

Ucar rayon sakini, 1992-ci il təvəllüdlü Rüstəm Mahir oğlu Ağayev idarə etdiyi “VAZ-21014” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən rayon sakini, 1956-cı il təvəllüdlü Bənövşə Baba qızı Şirinovanı vurub.

Ağır xəsarət alan B. Şirinova Ucar Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsinə çatdırılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır. // APA
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti