Azərbaycanda həbsxanada atışma - 19 yaşlı əsgər yaralandı+ Yenilənib

Azərbaycanda həbsxanada atışma - 19 yaşlı əsgər yaralandı+ Yenilənib


Salyanda silahlı insident qeydə alınıb.


Gecce.az-ın “Report”a istinadən verdiyi məlumata görə, hadisə rayonun Yenikənd kəndindəki 5 saylı cəzaçəkmə müəssisəsində baş verib.
Həmin müəssisədə xidmət edən Ağstafa sakini, 19 yaşlı Əyyam Mamay oğlu Əyyublu odlu silahdan açılan atəş nəticəsində güllə yarası alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, insident yaralı ilə xidmət yoldaşı arasında mübahisə zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

***

Bu gün səhər saatlarında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Salyan rayonunun Yenikənd kəndində yerləşən, el arasında “Xələc türməsi” adı ilə tanınan 5 saylı cəzaçəkmə müəssisəsinin mühafizə xidmətində qulluq edən əsgər, 1998-ci ildə anadan olmuş Əyyublu Əyyam Mamay oğlu qarın boşluğundan aldığı güllə yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Virtualaz.org saytının məlumatına görə, hazırda əsgərin üzərində cərrahiyyə əməliyyatı aparılır. Hələlik hadisənin hansı şəraitdə baş verməsi barədə rəsmi açıqlama verilməyib.

Faktla bağlı Respublika Hərbi Prokurorluğunda araşdırmalara başlanılıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti