Saatlıda özünü asan 17 yaşlı qızın toyu olacaqmış - Təfərrüat

Saatlıda özünü asan 17 yaşlı qızın toyu olacaqmış - Təfərrüat


Saatlıda intihar hadisəsi baş verib.

Gecce.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Musalı kəndində qeydə alınıb.

Kənd sakini, 17 yaşlı Minarə Yaşar qızı Səmədova həyətyanı sahədəki tikilidə özünü asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

***

Dünən Saatlı rayonunun Musalı kəndində 17 yaşlı qızın intihar etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Gecce.az-ın Lent.az-a istinadən məlumatına görə, özünü asaraq intihar edən 117 yaşlı Minarə Səmədova nişanlı olub. Ailə üzvləri bildiriblər ki, qız öz istəyi ilə, heç bir kənar təsir olmadan nişanlanıbmış və bu yaxınlarda toyun keçirilməsi nəzərdə tutulubmuş.

Bildirilir ki, ailədə maddi baxımdan da ciddi problem olmayıb. 17 yaşlı Minarənin əsəbi halda, bir anlıq qərarla özünü asdığı məlum olub.

Qeyd edək ki, hadisənin baş verdiyi Səmədovlar ailəsinin 5 övladı var. Ailənin 3-cü qız övladı olan Minarə Səmədova özünü hində asıb və onun asılı vəziyyətdə qalmış meyitini anası tapıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

20.10.2017 / 09:00
 
Xəbər lenti