Tural Bayraməliyev: "Özünə sual etmisən ki, mən kiməm və kimin haqqında danışıram? "

Tural Bayraməliyev: "Özünə sual etmisən ki, mən kiməm və kimin haqqında danışıram? "


Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bu gün böyük müzakirələrə səbəb olan açıqlama verib.

Gecce.az xəbər verir ki, Akif Əli Lütfi Zadənin hansı məkanda dəfn olunacağı ilə bağlı jurnalistin sualına bunları qeyd edib:

“Səhər-səhər ölü xəbərləri ilə məni narahat etməyin. Belə xəbərlər mənə pis təsir edir. Bu haqda heç nə bilmirəm. Ümumiyyətlə, maraqlanmıram. O fındıqbaş kişi məni maraqlandırmır. Xahiş edirəm, səhər-səhər məndən belə şeylər soruşmayın. Yaxşı şeylər danışaq ki, günümüz yaxşı keçsin”.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Tural Bayraməliyev A.Əlinin fikrinə münasibət bildirib:

"Dünya şöhrətli alim Lütfi Zadənin ünvanına yaraşmayan ifadələr işlədən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bilməlidir ki, onu bu vəzifəyə dövlətin ziyalısına, elm adamına, aliminə xoşagəlməz ifadə işlətmək üçün gətirməyiblər. O, Azərbaycanın adını ucaldan şəxsiyyət haqqında necə belə rahat danışa bilər? Bir ayna önünə keçib, özünə sual etmisən ki, mən kiməm və kimin haqqında danışıram? Yaxşı ki, səhfini sonradan anlayıb, üzürxahlıq etməyi bacarıb. Azərbaycan dövlətinə misilsiz xidmətləri olmuş Lüti Zadəyə Cənab Haqqdan rəhmət diləyirəm".

Xatırladaq ki, A.Əli sonradan böyük müzakirələrə səbəb olan açıqlaması ilə bağlı üzr istəyib.

“Hörmətli feysbuk istifadəçiləri!

ABŞ-da yaşayan və vəfat edən xalqın sevimli alimi Lütfi-Zadənin harada dəfn ediləcəyi ilə bağlı “Qafqazinfo” müxbirinin səhər-səhər hələ iş başlamamış, hələ qəzetlərlə, mətbuatdakı son xəbərlərlə tanış olmamış mənə verdiyi tələsik sualın tələsik cavabı haqlı narazılıq doğurub.

Təəssüf edirəm ki, biz həmişə qarşılıqlı anlaşma şəraitində işlədiyimiz saytın müxbiri ilə telefonda bir-birimizi düz başa düşməmişik. Mən həqiqətən alimin dəfni ilə əlaqədar təfərrüatlara malik deyiləm. Və bunu bildirmişəm. Əgər yerinə düşməyən, bəlkə də emosional ifadələr olubsa üzr istəyirəm. Tanrı xalqın böyük aliminin ruhunu şad etsin”!.

Tural Bayraməliyev: "Özünə sual etmisən ki, mən kiməm və kimin haqqında danışıram? "
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti