“O kafe bizim deyil...”

“O kafe bizim deyil...”


Xəbər verdiyimiz kimi, ötən gün Yazıçılar Birliyinin binasında icarəyə götürülmüş “26” kafesinin adına görə bağlanması ciddi narahatlığa səbəb olub. Yazıçılar və sosial şəbəkə istifadəçiləri Bakı meri Hacıbala Abutalıbovunu bu addımıni qeyri-qanuni adlandıraraq sərt tənqid ediblər.

“Qafqazinfo” kafenin sahibi olduğu deyilən Bakı Dövlət Universitenin Hüquq fakültəsinin müəllimi Ərəstun Qasımovla əlaqə saxlayıb.

O qeyd edib ki, nə onun, nə də oğlunun kafe ilə əlaqəsi var: “Bütün sənədləri də araşdıra bilərlər. Mənim respublikada böyük hörmətim var. Tələbələrimə təmənnasız köməklik edirəm. Hətta desələr ki, o obyekt harada yerləşir, onu da deyə bilmərəm. Ömür boyu nə kafem, nə də restoranım olub. Bu yanlış məlumatdır. Qoy o kafenin kimə məxsus olduğunu araşdırsınlar, mən də lazım olsa hüquqi məsələlərdə köməklik edə bilərəm.

Oğlumun bahalı maşını da yoxdur. Kimsə onun əleyhinə informasiya verib. Elə bir küçəni də mən Azərbaycanda tanımıram”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti