Anası Mila Əminə haqda: "Uşağımı həkimlər məhv etdi"

Anası Mila Əminə haqda: "Uşağımı həkimlər məhv etdi"


Aktrisa Mila Əminə ilə bağlı ARB TV-də yayımlanan “Yaşamaq gözəldir” verilişində süjet təqdim olunub.

Aktrisanın Türkiyədə olduğu xəstəxanadakı görüntüləri nümayiş edilib.

Aktrisanın anası Əminə xanım da qızının vəziyyəti ilə bağlı açıqlama verib, həkimlərdən şikayətçi olduğunu bildirib:

“Düzdür, qızımın beyni ölüb, amma ürəyi döyünür. Qəlbi dayansa, aparatdan ayrılacaq. Gecə-gündüz dua edirəm, ümidimi kəsmirəm. Allahın möcüzələri çoxdu, İnşallah, qızıma da bir möcüzə yetirər. Ciyərim yanır. Həkimlərdən də şikayətçiyəm. Heç nə demədən qızımın belindən su götürüblər. Uşağımı məhv edən həkimlər oldu. Onlardan şikayət edəcəm”.

Anası Milanın yalanan belə bir xəbər yaydığı xəbərləri ilə bağlı bunları deyib:

"Yanlış yerə zəng vurublar. Təki zarafat olsun. Bu pis olmağımı da zarafata çevirib gülərəm".

Qeyd edək ki, Mila Əminə ARB TV-də yayımlanan "Ferma" realiti-şousunda iştirakçı olub.





Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

18.10.2017 / 09:00
 
Xəbər lenti