Qaz kəmərindəki yanğın söndürüldü - FHN

Qaz kəmərindəki yanğın söndürüldü - FHN


Səngəçalda qaz kəmərində baş verən yanğın söndürülüb.

Gecce.az xəbər verir ki, FHN-nin yaydığı məlumata görə, hadisə baş verəndən sonra Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri hadisə yerinə cəlb olunub. Dövlət Neft Şirkətinin mütəxəsisləri tərəfindən xəttə verilən qaz alternativ kəmərə keçirilib və xətt istismardan təcrid olunub.

Təhlükəsizlik məqsədilə qəza aradan qaldırılana kimi yanğın bölmələri hadisə yerində növbə çəkiblər. Hadisə nəticəsində xəsarət alan olmayıb. Əməliyyat saat 00:58-də başa çatıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Smayliklərin xeyri

18.01.2017 / 23:55
 
Xəbər lenti