Xameneyi Əsədi İrana çağırdı

Xameneyi Əsədi İrana çağırdı



İranın Ali dini lideri Ayətullah Əli Xameneyi Suriya Prezidenti Bəşər Əsədi Tehrana dəvət edib.

Gecce.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Livan mətbuatına Xameneyinin müşaviri Əli Əkbər Vilayəti deyib.

“Əsədin Suriyada olması məcburidir. Lakin İrana gəlmək istəsə, onu bir qəhrəman kimi qarşılayacağıq. Çünki Əsəd ötən beş il ərzində ölkəsini və xalqını qorudu”, - Vilayəti bildirib.

İran rəsmisi Türkiyə ilə Rusiya arasında baş verən “qırıcı qalmaqalı”na da toxunub:

​“Türkiyə və Rusiya İranın qonşularıdır. Biz iki ölkədən gərginliyi azaltmağı və bir daha bu cür hadisələrə imkan verməmələrini istəyirik”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti