“Rusiya “S-400”-ləri Suriyadan geri çəkməyəcək”

“Rusiya “S-400”-ləri Suriyadan geri çəkməyəcək”


“Rusiya Suriyadakı Hmeymim və Tarsus Hərbi Hava Bazasına yerləşdirdiyi “S-400” hava müdafiə sistemlərini geri çəkməyəcək”.

Gecce.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey İvanov bildirib.

Kreml rəsmisi deyib ki, Rusiya bu qərarı Suriyanın hava məkanının qorunması üçün atıb: “Ancaq geri çəkilmə planı çərçivəsində Suriyanın Hmeymim Hərbi Hava Bazasında saxlanılan “Su-24” bombardman, “S-25” qırıcı və “Su-34” qırıcı-bombardman təyyarələrinin bir qismi artıq İraq və İran üzərindən Voronejdəki Rusiya hərbi bazasına çatıb”.

Töhfə
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti