Ukrayna vətəndaşlarına Türkiyə - Xəbərdarlığı

Ukrayna vətəndaşlarına Türkiyə - Xəbərdarlığı

Ukrayna Xarici İşlər Nazirliyi Türkiyədə martın 13-də baş vermiş terror aktı ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Gecce.az bildirir ki, “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, xəbərdarlıqda bildirilir ki, Türkiyəyə səyahət planlaşdıran və ya hazırda Türkiyə ərazisində olan Ukrayna vətəndaşları paytaxt Ankarada sonuncu dəfə baş vermiş terror aktına görə son dərəcə ehtiyatlı olmalıdırlar.

“Bu ölkədə terror təhlükəsi hələ də davam edir. Buna görə də yüksək şəkildə sayıq və ehtiyatlı olmaq, izdiham olan yerlərdən uzaq olmaq və inzibati binaların, polislərin olmadığı ərazilərə getməmək tövsiyə olunur”.

Xatırladaq ki, martın 13-də Türkiyədə baş vermiş teerror aktı nəticəsində 34 nəfər ölüb, 125 nəfər yaralanıb.

Türkan
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti