47 yaşlı qadında koronavirusun 18 mutasiyası aşkarlandı

47 yaşlı qadında koronavirusun 18 mutasiyası aşkarlandı


Altı ay “COVID-19” xəstəliyindən əziyyət çəkən rusiyalı pasiyentin bədənində 18 yeni koronavirus mutasiyası meydana gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “virological.org” portalında məlumat verilib.

47 yaşlı xərçəng xəstəsi olan pasiyent 2020-ci ilin aprelində xəstəxanada kimyəvi terapiya kursu keçərkən koronavirusa yoluxub. 9 sentyabra qədər apardığı testlər infeksiya üçün müsbət nəticə verib.

Yazda və yazın sonlarında qadından götürülmüş nümunələrin müqayisəli tədqiqatı aparılıb. Genomun sıralanmasına görə, tapılan mutasiyalardan ikisinin Danimarkada aşkarlanan mutasiya ilə eynilik təşkil etdiyi məlum olub.

Sibir Federal Universitetinin Genomika və Bioinformatika kafedrasının professoru, Göttingen Universitetinin (Almaniya) professoru Konstantin Krutovski, virusun daha yoluxucu İngilis variantının (VOC-202012/01), ehtimal ki, əslində immuniteti zəif xəstənin bədənindən çıxdığını bildirib.

Bundan əvvəl Qamaleya Mərkəzinin rəhbəri Aleksander Quntsburq İngiltərədə olduğu kimi Rusiyanın özünün koronavirus növünə sahib ola biləcəyini irəli sürmüşdü. O, çox güman ki, belə bir mutasiyanın artıq mövcud olduğunu, lakin hələ rəsmi olaraq müəyyən edilmədiyini iddia etmişdi.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sükut anı... - Video

20.01.2021 / 12:00
 
Xəbər lenti