Koreya sualtı qayıqdan ballistik raket atdı

Koreya sualtı qayıqdan ballistik raket atdı



Şimali Koreya BMT Təhlükəsizlik Şurasının qadağasını pozub.

Gecce.az Axar.az-a istinadən xəbər verir ki, kommunist ölkəsi sualtı qayıq vasitəsilə ballistik raket sınağı həyata keçirib. Ancaq Şimali Koreyanın bu sınağı uğursuzluqla nəticələnib.

Bu barədə “Yonhap” xəbər agentliyinə adının açıqlanmasını istəməyən Cənubi Koreya rəsmisi danışıb. O qeyd edib ki, Şimali Koreya şənbə günü yerli vaxtla 14.30-da sualtı qayıqdan ballistik raket atıb. Cənubi Koreya rəsmisi sınaqdan sonra dənizdə üzən raket parçalarına rast gəlindiyini söyləyib.

Xatırladaq ki, Şimali Koreyanın ballistik raket texnologiyası inkişaf etdirməsi BMT Təhlükəsizlik Şurasının qərarına əsasən qadağan olunub.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti