Qonşu ölkələrdə koronavirusla bağlı vəziyyət necədir?

Qonşu ölkələrdə koronavirusla bağlı vəziyyət necədir?


Rusiyada son sutka ərzində daha 5 475 nəfərdə "COVİD- 19"a yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 828 min 990-a çatıb.


“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı 194 min 984 nəfər təşkil edir.

Ötən gün ərzində xəstəlik səbəbindən daha 169 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 13 min 673-ə çatıb. Ümumilikdə 620 min 333 pasiyent isə sağalaraq evinə buraxılıb.

Gürcüstanda sutka ərzində 10 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib. Bununla ölkə üzrə xəstəliyə yoluxanların sayı 1 155-ə çatıb. Xəstəlik səbəbindən 16 nəfər həyatını itirib, 929 nəfər isə sağalaraq evinə buraxılıb.

Ermənistanda sutka ərzində daha 308 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib. Yoluxanların ümumi sayı 37 937-yə çatıb.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 4 nəfər artaraq 723-ə çatıb. Ümumilikdə 27 824 pasiyent müalicə olunaraq sağalıb, 9 165 xəstənin müalicəsi davam etdirilir.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 12 avqusta qədər uzadılıb.

İranda son 24 saat ərzində daha 196 nəfər koronavirus səbəbindən həyatını itirib.

Son sutka ərzində ölkə üzrə 2 636 nəfərdə virus aşkarlanıb.

Bununla da ölkədə koronavirus qurbanlarının sayı 16 min 343 nəfərə, yoluxanların sayı isə 298 min 909 nəfərə çatıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabahın hava proqnozu

07.08.2020 / 15:30
"Qucaqlarda oturmamışam" - Brilliant Dadaşovadan tənqidlərə cavab

05.08.2020 / 17:30
 
Xəbər lenti