Rusiya da SMS-lə icazə sisteminə keçir

Rusiya da SMS-lə icazə sisteminə keçir


Rusiyanın Primorski diyarında koronavirus epidemiyası səbəbiylə vətəndaşların hərəkəti üçün elektron icazə sistemi tətbiq edilib.


“Qafqazinfo” “Lenta.ru”ya istinadən xəbər verir ki, ümumi karantin dövründə işə getmək məcburiyyətində olan vətəndaşlar üçün hazırlanmış elektron icazə sistemi aprelin 7-dən etibarən aktivləşəcək.

Bu sistemin koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün görülən tədbirlərin effektivliyinin artırılması üçün tətbiq edildiyi bildirilib.

Xatırladaq ki, aprelin 3-də Moskva meri Serqey Sobyanin şəhərdə elektron icazə sisteminin tətbiqi təklifini qəbul etməmişdi. O bunu şəhər sakinlərinin karantin qaydalarına düzgün riayət etməsi ilə əsaslandırmışdı.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

25.05.2020 / 14:00
 
Xəbər lenti