Bu ölkədə qadınlarla kişilərin eyni vaxtda küçəyə çıxması qadağa olundu

Bu ölkədə qadınlarla kişilərin eyni vaxtda küçəyə çıxması qadağa olundu


Peruda koronavirusun yayılması səbəbi ilə qadınlar və kişilərin eyni gündə küçəyə çıxması qadağan olunub.

“Qafqazinfo” “BBC”yə istinadən xəbər verir ki, Peru vətəndaşları cinsindən asılı olaraq həftənin müxtəlif günlərində evlərini tərk edə biləcəklər.

Belə ki, kişilərə bazar ertəsi, çərşənbə və cümə günləri, qadınlara isə çərşənbə axşamı, cümə axşamı və şənbə günləri küçəyə çıxma icazəsi veriləcək.

Bazar günləri isə bütün vətəndaşlara evlərini tərk etmək qadağan olunub. Bu tədbirlərin koronavirusa qarşı mübarizə çərçivəsində küçədə insan sayının azaldılması məqsədi ilə tətbiq olunduğu açıqlanıb.

Qeyd edək ki, Peruda bu günə qədər 1,414 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Onlardan 55-i xəstəlik səbəbindən həyatını itirib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

25.05.2020 / 14:00
 
Xəbər lenti