Tramp koronavirusa yoluxub?

Tramp koronavirusa yoluxub?


ABŞ Prezidenti Donald Trampın koronavirusa yoluxması iddiasına Ağ Evdən münasibət bildirilib.

“Qafqazinfo” xəbər verir ki, Ağ Evin sözçüsü Stefan Qrişam açıqlama yayaraq xəbəri təkzib edib.

“Prezident xəstələrlə uzunmüddətli əlaqədə olmadığından və onda heç bir simptom müşahidə olunmadığından o “COVID-19” testindən keçməyib. Donald Trampın səhhəti çox yaxşıdır və şəxsi həkimi onun vəziyyətini yaxından izləyir”,- deyə Stefan Qrişam qeyd edib.

Qeyd edək ki, ABŞ mətbuatında Prezident Donald Tramp və müavini Mayk Pensin son dövrlər qatıldıqları tədbirlər səbəbi ilə koronavirusa yoluxduğu iddia olunurdu.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti