Gürcüstanda 4 nəfər koronavirusa yoluxub

Gürcüstanda 4 nəfər koronavirusa yoluxub


Gürcüstanda koronavirusa yoluxan şəxslərin sayı 4-ə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidze açıqlama verib.

“Yoluxucu xəstəlik bu yaxınlarda İtaliyada səfərdə olan Gürcüstan vətəndaşında aşkarlanıb”, - deyə o, bildirib.

Qeyd edək ki, Çindən kənarda “COVİD-19” xəstəliyinə yoluxanların sayı 12,5 mini keçib. Xəstəlikdən ölənlərin sayı isə 214-ə çatıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti