Kobi ilə birlikdə 13 yaşlı qızı da ölüb

Kobi ilə birlikdə 13 yaşlı qızı da ölüb


Ötən gün ABŞ-da helikopter qəzasında həlak olan əfsanəvi basketbolçu Kobi Brayantla birlikdə 13 yaşlı qızı Cianna Mariyanın da öldüyü məlum olub.

“Qafqazinfo”nun “The Washington Post”, “People” kimi nüfuzlu nəşrlərə istinadən məlumatına görə, göyərtədə 1 pilot və 8 sərnişin olmaqla ümumilikdə 9 nəfər olub. Onlardan sağ qalan olmayıb.

Dünən qəza xəbəri mətbuatda yayıldıqda ilkin məlumatlarda Kobinin yanında ailə üzvlərindən heç kimin olmadığı bildirilirdi. Lakin gecə saatlarında artıq qızının da sözügedən helikopterdə olduğu təsdiqini tapıb.

Cianna Mariayanın ölümünü Los-Anceles meri Erik Qarsetti də təsdiqləyib.

ABŞ-ın keçmiş Prezidenti Barak Obama basketbolçu qızının ölümünü ürək yandıran hadisə adlandırıb. İdman dünyasının ulduzları Kobi ilə qızının fotolarını paylaşaraq kədərləndiklərini bildiriblər.

Qeyd edək ki, basketbol üzrə iki qat olimpiya çempionu və beş qat NBA çempionu, “Black Mamba” ləqəbli basketbolçunun 41 yaşı var idi. O, karyerasını 2016-cı ildə başa vurmuşdu.

Brayantın Ciannadan başqa 3 qızı da var.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hərbçimiz şəhid oldu

24.02.2020 / 13:30
 
Xəbər lenti