İranda ölən azərbaycanlılardan digər ikisinin də kimliyi bilindi

İranda ölən azərbaycanlılardan digər ikisinin də kimliyi bilindi


Ötən gün İranın Ərdəbil əyalətində baş verən yol-nəqliyyat hadisəsində dünyasını dəyişən 4 nəfərdən digər ikisinin də kimliyi məlum olub.

“Qafqazinfo”nun Virtualaz.org-a istinadən məlumatına görə, bunlar Neftçala şəhər sakinləri-1955-ci il təvəllüdlü Bəybala Soltan oğlu Qasımov və onun həyat yoldaşı, 1958-ci il təvəllüdlü Qasımova Nəzakət Zeynal qızıdır.

Məlumata görə, Bəybala Qasımov hadisəyə qədər Neftçala şəhəri üzrə İnzibati Ərazi Dairəsinin nümayəndəsi vəzifəsini müvəqqəti icra edib, Nəzakət Qasımova isə Neftçala şəhər 2 saylı körpələr evi-uşaq bağçasının direktoru olub.

Qasımovun və həyat yoldaşının nəşinin sabah İran İslam Respublikasından gətirələrək yaşadıqları Neftçala şəhərində torpağa tapşırılacağı gözlənilir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti