Türkiyədə hamilə azərbaycanlı qadın yanğından belə xilas edildi

Türkiyədə hamilə azərbaycanlı qadın yanğından belə xilas edildi


İstanbulun Qaziosmanpaşa məhəlləsində yaşayış binalarından birində yanğın baş verib.

“Qafqazinfo”nun “DHA”ya istinadən verdiyi xəbərə görə, beşmərtəbəli binanın zirzəmisində anidən başlayan yanğın bütün mərtəbələri bürüyüb. Bu zaman üçüncü mərtəbədə köməksiz qalan Azərbaycan əsilli qadın beşinci mərtəbədə yaşayan sakinlərin ona doğru uzatdığı ipdən tutub. Lakin o, idarəetməni itirərək yerə- vətəndaşların açdığı yorğanın üstünə düşüb.

Onun 6 aylıq hamilə olduğu məlum olub. Xəstəxanaya yerləşdirilən qadınla körpəsinin vəziyyətinin yaxşı olduğu bildirilir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti