Türkiyədə oğurluq edən azərbaycanlı qadın saxlanılıb

Türkiyədə oğurluq edən azərbaycanlı qadın saxlanılıb


İstanbulun Arnavutköy Rayon Polis Şöbəsinə 4 oktyabrda naməlum qadının mobil telefon mağazasından iki ədəd telefon oğurladığı barədə məlumat daxil olub.

“Qafqazinfo”nun “Türkiye gazetesi”nə istinadən verdiyi xəbərə görə, bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hərəkətə keçərək təhlükəsizlik kamera görüntüləri əsasında həmin qadının azəri əsilli Zoya K. olduğunu və Küçükçekmecedə yaşadığını müəyyənləşdiriblər.

Polis 19 oktyabrda müəyyən edilmiş ünvana basqın edərək 37 yaşlı qadını saxlayıb. İki gün sonra hakim qarşısına çıxan Zoya K. sərbəst buraxılıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bu serial da final edir

12.12.2019 / 13:00
 
Xəbər lenti