Əməkdar artist təyyarədə dava saldı, polis işə qarışdı

Əməkdar artist təyyarədə dava saldı, polis işə qarışdı


Rusiyanın Əməkdar artisti Lidiya Velejeva “Şeremetyevo” hava limanında qalmaqal yaradıb. “Qafqazinfo” xəbər verir ki, məşhur aktrisa Moskva - Təl- Əviv reysi ilə İsrailin Netaniya şəhərinə qastrol səfərinə gedirmiş.

Lakin texniki nasazlıq səbəbindən təyyarə iki saat gecikib. Daha sonra avtobus sərnişinləri hava gəmisinin olduğu bölgəyə gətirib. Bu zaman aeroport işçiləri Lidiyanın əyləşməsini xahiş edib. Lakin o, buna etiraz edib. Gərginlik təyyarədə də davam edib. Velejeva yüksək tonla danışaraq digər sərnişinləri də narahat edib. Bu zaman mübahisə yaranıb.

Məsələyə stüardessalar müdaxilə etsələr də, Əməkdar artist sakitləşməyib. Heyət yardım üçün polisə müraciət edib, teatr aktrisası təyyarədən çıxarılıb.

L. Velejeva polisə ifadəsində texniki nasazlığa görə əsəbiləşdiyini, 20 dəqiqə üst geyimi olmadan avtobusu gözlədiyini qeyd edib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Rayonlara qar yağacaq

15.11.2019 / 15:00
 
Xəbər lenti