Kanada Türkiyəyə silah satışını dayandırdı

Kanada Türkiyəyə silah satışını dayandırdı


Kanada hökuməti rəsmi Ankaranın Suriyada apardığı antiterror əməliyyatına cavab olaraq Türkiyəyə silah satışını müvəqqəti dayandırıb.

“Qafqazinfo”nun “France24” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bəyanatda Ottavanın hərbi əməliyyatı qətiyyətlə qınadığı bildirilib.

“Bu birtərəfli hərəkətlər onsuz da kövrək bir bölgənin sabitliyini poza bilər, humanitar vəziyyəti gərginləşdirə və Türkiyənin üzv olduğu Qlobal Koalisiya tərəfindən İŞİD-ə qarşı əldə etdiyi tərəqqini ləğv edə bilər”, - deyə məlumatda vurğulanıb.

Qeyd olunub ki, Kanada 2018-ci ildə Türkiyəyə 87 milyon dollar miqdarında silah satıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti