Dünya çempionunun eks-qayınatası 23 min təzminat tələb edir

Dünya çempionunun eks-qayınatası 23 min təzminat tələb edir


Bakı Ağır Cinayətlər Məhkəməsində kikboks üzrə beşqat dünya çempionu Ehram Məcidovun məhkəməsi keçirilib.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə zərərçəkmiş B.Dilbazi mülki iddia qaldırıb, aldığı xəsarətlərdən sonra müalicəyə xərclədiyi 18 min maddi zərəri, 5 min manat isə mənəvi zərəri tələb edir. E.Məcidov özünü təqsirli bilməyib.

Prosesdə zərərçəkmiş Bəhruz Dilbazi ifadə verib: "Dəfələrlə qızımı bıçaqla, qayçı ilə uşaqlarının gözü qarşısında öldürəcəyi ilə hədələyib. Uşaqlar ata kimi ondan qayğı görməyib. Dəfələrlə qızım bununla bağlı "102"yə məlumat verib. 2014-cü ildə boşanmaq qərarı aldılar. Birgə nigah dövründə alınan ev və iki maşınla bağlı iddia qaldırıldı. Həmin əmlak onun övladlarına çatacaqdı. Amma o bununla razılaşmırdı. Mənə dəfələrlə hədə-qorxu gəlirdi ki, mülk davasından əl çək"- deyə zərərçəkmiş bildirib.

Baş verən dava haqda danışan zərərçəkmiş qeyd edib ki, Ehram uşaqları görməyə gəlibmiş: "İcraçı da otaqda idi. 5-6 dəqiqə sonra uşaqlar getmək istədi. Ehram da dedi ki, uşaqları babası öyrədir. Üstümə hücum elədi. Sifətimə vurmağa başladı. Bir dəfə sağ əlini qabağa uzatdım. Onda da qolum sındı. Əməliyyat olunmuşam. Müalicəmi xaricdə də davam etdirdim".

Bəhruz Dilbazi bildirib ki, Ehram Məcidov onu beşbarmaq adlanan soyuq silahla vurub. Amma Ehram Məcidov hadisə zamanı beşbarmaqdan istifadə etmədiyini deyib.

Məlum olub ki, cinayət işi materiallarında zərərçəkmişin hadisə baş verən yerdə yaralı vəziyyətdə və xəstəxanada çəkilmiş fotoları var. Hakim bildirib ki, fotolardan da aydın olur ki, B.Dilbazi xəstəxanada çəkilən fotosuna sağ qolunu qaldıraraq danışır. Hakim zərərçəkmişə sual verib ki, sınan qolu neçə hərəkət etdirə bilib? B.Dilbazi isə qolunun çiyin hissədən sınmadığını deyib.

Proses fevralın 26-da davam etdiriləcək.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort ankara escort izmir escort