Üç uşaq anası yoxsul idi, milyonçu oldu

Üç uşaq anası yoxsul idi, milyonçu oldu


34 yaşlı Bet Bertram yeddi il əvvəl sürəkli içən, əyyaşlığa qurşanmış ərindən boşananda həyatının çətinliklərlə üzləşəcəyini təxminləyirdi. Amma yaşamın qəflətən çox ağırlaşacağını düşünməzdi.

Gecce.az milli.az-a istinadən bildirir ki, Derbişir qraflığındakı Bakston şəhərinin sakini Bet işsizdi, üç övladı saxlamalıydı. Nə edəcəyini bilmirdi.

Evdə isə sadəcə, 100 funt-sterlinq vardı. Cəmi 100 funt.

O pulu Bet bir həftəyə zorla çatdırdı. Sadəcə, uşaqların ərzağına.

Pul bitəndə isə bundan sonra necə yaşayacağını düşünməyə başladı. Bet dərziliyi bacarırdı. Elə bu səbəbdən də paltar tikib satmaq fikrinə düşdü.

İki qonşusunun hərəsindən 50 funt-sterlinq borc aldı: bir həftəyə qaytarmaq şərtilə.

100 funtun 85 funtunu parçaya, düymələrə xərcləndi, 15 funt da Facebook-da reklama sərf olundu.

İlk don evin çardağında tikilmişdi.

Və elə həmin gün paltar satıldı.

Daha sonra o, atasında qalma mənzili girov qoyub bankdan borc aldı, şirkət qurdu və paltar tikərək satışlara başladı.

Bet Bertram indi "Fearlesss" adlı moda brendinin sahibəsidir. Onun şirkətinin illik dövriyyəsi 4 milyon funta çatıb.

Onun dediyinə görə, övladlarını - 10 yaşlı Effini, 7 yaşlı Seti və 7 yaşlı Albini bir daha kasıblıqda yaşatmaq istəmir.

Maklsfildəki ofisində 10 nəfərin çalışdığı Bet söyləyir: "Satış üçün ilk paltarı tikdiyim o soyuq çardağı unutmamışam. Paltoda oturub işlədim, çox soyuqdu. Butikimin olması ən böyük xəyalımdı. Xəyallarımı gerçəkləşdirdim. Sutkada üç saat yatdım, Red Bull və qəhvə içərək yuxunu qovmağa çalışdım, işlədim. Bunu övladlarım üçün etdim".

Bet indi yeni nikahındadır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

10.12.2018 / 13:30
 
Xəbər lenti
                                                           
ankara escort