Putin futbolçuların döydüyü məmurları mükafatlandırdı

Putin futbolçuların döydüyü məmurları mükafatlandırdı


Onlara Nevski ordeni verilib


Rusiya prezidenti Vladimir Putin “Zenit”in və “Krasnodar”ın futbolçuları - Aleksandr Kokorinlə Pavel Mamayevin xəsarət yetirdikləri məmurları mükafatlandırıb.

Aznews.az. xəbər verir ki, Putin Sənaye və Ticarət Nazirliyinin avtomobil sənayesi və dəmiryol maşınqayırması departamentinin direktoru Denis Pakı II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni ilə təltif edib. Dövlət elmi mərkəzi NAMİ-nin rəhbəri Sergey Qasinə isə Aleksandr Nevski ordeni verilib.

Pak və Qaysin “Vahid modul platforması” layihəsinin həyata keçirilməsinə verdikləri böyük töhfəyə görə mükafatlandırılıblar. Bu layihə çərçivəsində Rusiyanın bir neçə avtomobil modeli yaradılıb. Onlardan başqa daha 20 nəfər bu layihənin həyata keçirilməsinə verdiyi töhfəyə görə mükafatlandırılıb.

Qeyd edək ki, “Zenit”in üzvü Aleksandr Kokorin və “Krasnodar” klubunun futbolçusu Pavel Mamayev oktyabrın 7-də səhər saatlarında Moskvanın mərkəzində azı üç nəfəri döyüblər. Onların hərəkətlərini videomüşahidə kameraları qeydə alıb. Əvvəlcə onlar dostları ilə birlikdə “Birinci kanal”ın aparıcısı Olqa Uşakovanın sürücüsünə hücum ediblər. Bir az sonra isə Böyük Nikitsk küçəsindəki qəhvəxanada iki məmuru döyüblər. İnsident zamanı Sənaye və Ticarət Nazirliyinin avtomobil sənayesi və dəmiryol maşınqayırması departamentinin direktoru Denis Pak və dövlət elmi mərkəzi NAMİ-nin rəhbəri Sergey Qasin xəsarət alıblar. Futbolçular həbs ediliblər.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort