İranda qum fırtınası, azı 140 nəfər xəsarət alıb

İranda qum fırtınası, azı 140 nəfər xəsarət alıb


İranın cənub-şərqində baş verən qum fırtınasında 140-dan çox insan xəsarət alıb.

“Qafqazinfo” İran KİV-nə istinadən xəbər verir ki, ötən həftəsonu Sistan və Bəlucistan əyalətində145 yerli sakin nəfəsalma, göz və ürək problemi ilə bağlı tibbi yardıma müraciət edib. Zərərçəkənlərdən 27-si xəstəxanaya yerləşdirilib.

Qeyd edilir ki, küləyin gücü saatda 104 kilometrə çatıb. Yerli hökumət əyalətin bir sıra bölgələrində xəstə və yaşlı sakinləri evdə qalmağa çağırıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti