İnterpolun rəhbəri yoxa çıxıb

İnterpolun rəhbəri yoxa çıxıb


Beynəlxalq Cinayət Polisi İdarəsinin (İnterpol) rəhbəri Men Hunbeya yoxa çıxıb.

“Qafqazinfo” "Reuters"ə istinadən xəbər verir ki, artıq Fransa hökuməti onun yoxa çıxması ilə bağlı araşdırmaya başlayıb.

Polisə müraciət edən Hunbeyanın arvadı sentyabrın sonunda Çinə gedən ərindən bir həftədir xəbər ala bilmədiyini bildirib.

Hunbeya 2016-cı ildən İnterpolun rəhbəridir. Qurum onun itməsi ilə bağlı rəsmi açıqlama verməyib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti