Politoloqdan tənqidi paylaşım - “Diva lap bezdirdi...”

Politoloqdan tənqidi paylaşım - “Diva lap bezdirdi...”


Ukraynanın xalq artisti, Rusiyanın "Diva" ləqəbli məşhur müğənnisi Ani Lorakın Kiyevdəki konserti qalmaqala səbəb olub. “Qafqazinfo”nun məlumatına görə, müzakirələrə səbəb isə ukraynalı politoloq Aleksey Qolobuçkiyin sənətçini tənqid etməsidir.

Hər şey Lorakın konsertdən çəkdirdiyi şəkli instaqramda paylaşmasından sonra başlayıb. Belə ki, politoloq həmin paylaşımdan sonra “Facebook” hesabında sənətçini tənqid edən bir post yazıb. O, Aninin fəaliyyətini şərh edərək ifaçının Ukraynaya məcbur gəldiyini dilə gətirib. A. Qolobuçkiy iddia edib ki, Ani Rusiyada hər kəsi bezdirib:

“Lorak “Freedom Hause”də konsert vermək üçün yenidən Kiyevə sürüklənib. Diva lap Rusiyanı bezdirdi. Qazanc üçün Ukraynanın təvazökar zalları ona bəs edəcək? Rusiyalı rəqiblər nəhayət ki, Lorakı oranın yerli bazarında sıxışdırırlar”.

Siyasətçinin bu fikirlərini əksər sosial şəbəkə istifadəçiləri də dəstəkləyiblər.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti