Əfqanıstanda 11 hərbçi, 8 polis öldürülüb

Əfqanıstanda 11 hərbçi, 8 polis öldürülüb


Əfqanıstanda ötən gecə “Taliban”la toqquşmalar zamanı 11 hərbçi və səkkiz polis əməkdaşı ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ilk insident zamanı “Taliban” döyüşçüləri Baqdis əyalətindəki blokpostlara hücum ediblər. Hücumu dəf etmək üçün əfqan ordusunun göndərdiyi hərbçilər taliblərin pusqusuna düşüblər.

İkinci insident zamanı isə səkkiz polis Tahar əyalətində öldürülüb. Yerli polis bildirib ki, güllələnən polislər daha sonra yandırılıblar.

Atışmalar zamanı döyüşçülər də itkilər veriblər, lakin dəqiq say məlum deyil.

Artıq “Taliban” ikinci insidentin məsuliyyətini öz üzərinə götürüb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

14.11.2018 / 13:00
 
Xəbər lenti
                                                           
ankara escort