Bakıda zibil qutusundan tapılan “nakolkalı” ələ görə - Rusiyaya sorğu verildi

Bakıda zibil qutusundan tapılan “nakolkalı” ələ görə - Rusiyaya sorğu verildi


Bir müddət öncə Bakının Suraxanı rayonunda zibil qutusundan tapılan balta ilə kəsilmiş, tatuirovkalı əllə bağlı Rusiya Federasiyası Daxili İşlər Nazirliyinə sorğu göndərilib. Rusiya polisi mərhumun barmaq izlərindən onun şəxsiyyətinin müəyyənləşdirilməsində köməklik göstərməlidir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a Suraxanı rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.

Xatırladaq ki, avqustun 23-də Bülbülə qəsəbəsində zibil qutusundan üzərinə nərd zəri tatuirovkası döyülmüş kişi əli tapılıb. Deyilənə görə, beş nöqtəni əks etdirən zər tatuirovkasını bir qayda olaraq təkadamlıq kamerada cəza çəkən məhkumlar döydürürlər.

Əl sahibinin şəxsiyyəti hələ də müəyyənləşdirilməyib. Mərhumun əvvəllər Rusiyada, Gürcüstanda və MDB məkanında mühakimə edilib-edilməməsi də sual altındadır.

Yeri gəlmişkən qeyd edək ki, ötən il sentyabrın 5-də Hövsan qəsəbəsindəki kollektordan odlu silahla qətlə yetirilən, hissələrə bölünmüş kişi meyitinin qalıqları aşkarlanmışdı. Mərhumun saçları, qaşları qırxılmış, kiprikləri yandırılmışdı.

İstintaqın gəldiyi nəticəyə görə, qatil bunu qurbanının aşkarlanmaması üçün edib. Bu üzdən də itkin düşmüş şəxslərin siyahısındakı məlumat bazasındakı yoxlamalar heç bir nəticə verməyib.

Mütəxəssislərin fikrincə, qətl şəhərdən kənarda, insan olmayan, xəlvət ərazidə baş verib. Hadisənin Suraxanı rayonunun Bilgəh qəsəbəsində həyata keçirilməsi istisna edilmir. Meyitin əzalarının bir hissəsinin qısa müddət ərzində aşkar edilməsi də buna göstərir. Qətlin üstü bu günə kimi də açılmayıb.

Araşdırmalar zamanı məlum olub ki, sözügedən qətllər arasında heç bir bağlılıq yoxdur.

Həmin ərəfələrdə sələfi təriqətinin üzvü olan Günəşli qəsəbə sakini (istintaq tərəfindən adı açıqlanmır) itkin düşüb. İtkin düşən şəxs bizneslə, bahalı markalı mobil telefonların ticarəti ilə məşğul olub. Çoxlu sayda şəxslərin ona borcu olub. Güclü biznes əlaqələrinə sahib olan bu şəxs şəriki ilə birgə restoran da icarəyə götürüb işlədib, bir müddət Dağıstanda yaşayıb. Onun radikal dini qruplaşmaların tərkibində iştirakı da vurğulanır.

Hövsanda kollektordan kişi meyitinin qalıqları aşkarlandıqdan sonra itkin düşmüş şəxsin yaxınları hüquq-mühafizə orqanlarına müraciət ediblər. Lakin cəsədin qalıqlarından yaxınları onu tanıya bilməyiblər. Meyitin başı suda qaldığından şişmiş, saqqal, qaşlar və, kirpik qırxılmışdı. Bu günə qədər də DNT ekspertizanın rəyi məlum deyil.
Qohumlarından fərqli olaraq itkin düşmüş şəxsin tanışları öldürülən şəxslə onların arasında bəzi oxşarlıqlar olduğu qənaətindədirlər.

Yeri gəlmişkən bildirək ki, istintaq orqanı tərəfindən itkin düşənin restoran biznesi üzrə şəriki də dindirilib. Dindirmədən sonra biznesmen müəmmalı şəkildə yoxa çıxıb. Onun birdən-birə Moskvaya daşınması isə şübhələri daha artırıb.

Bəzi versiyalara görə, İphone mobil telefonlarının biznesi ilə məşğul olan şəxsin pul borcuna görə öldürülməsi mümkündür. Ola bilsin ki, başqa səbəb də var.

Onu da qeyd edək ki, itkin düşəndən bir ay sonra qohumlarından birinə onun mobil telefonundan belə bir ismarıc gəlib: “Sağ-salamatam, mənim üçün narahat olmayın”.

Bu, onunla bağlı axırıncı xəbər olub. İstintaqın versiyasına görə, bu SMS islamçının itkin düşməsində əli olan şəxs və ya şəxslər tərəfindən də göndərilə bilər ki, qohumları daha onu axtarmasın. Bu, ötən ilin sentyabrında aşkarlanmış “parçalanmış cəsəd”lə bağlı hazırda əldə olan məlumatlardır. İstintaq sözügedən qətlin üstünün açılması istiqamətində öz işini davam etdirir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

14.11.2018 / 13:00
 
Xəbər lenti
                                                           
ankara escort