Yaponiyada dini sektanın rəhbəri və 6 üzvü asıldı

Yaponiyada dini sektanın rəhbəri və 6 üzvü asıldı


Yaponiyada “Aum Sinrike” dini sektasının yeddi rəhbər üzvü haqqında çıxarılan ölüm hökmü icra edilib.

Sektanın rəhbəri Syoko Asaxara (əsl adı Tidzuo Masumoto) digər altı üzvlə birgə ötən gecə asılaraq edam ediliblər.

Qeyd edək ki, “Aum Sinrike” dini sektası 1987-ci ildə Syoko Asaxara tərəfindən yaradılıb. Sekta üzvlərinin sayının 30-50 min nəfər olduğu deyilir. Üzvlərin 10 mini Rusiyada yaşayır.

Sektanın hərbi naziri olan və edam edilən Xayakava 1993-cü ildə sarin qazı istehsal edən zavodun tikintisinə rəhbərlik edib.

Sektanın adı 1995-ci ildə Yaponiya metrolarından birində törədilən səs-küylü terror aktında hallanır. Metroya sarin qazının buraxılması nəticəsində 13 nəfər yaralanmış, 6 mindən çox insan isə zəhərlənmişdi. O zaman polis sektanın 30 rəhbər üzvünü həbs etmişdi. Üzvlərdən 13-nə, həmçinin Syoko Asaxareyə ölüm hökmü verilmişdi. Lakin qərar bu günə qədər icra olunmamışdı. Buna səbəb isə sekta üzvlərindən 3-nün hələ də tapılmaması olmuşdu.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

15.11.2018 / 15:30
 
Xəbər lenti
                                                           
ankara escort