Yəməndə kütləvi xəstəliklər artıb - ÜST-dən xəbərdarlıq

Yəməndə kütləvi xəstəliklər artıb - ÜST-dən xəbərdarlıq


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yəmənin Hudeydə şəhərində kolera virusunun artdığını açıqlayıb.


“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, 2015-ci ildən Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinin hücumuna məruz qalan Yəməndə səhiyyə sistemi çöküb, kütləvi xəstəliklər fəlakət səviyyəsinə çatıb.

Hudeydənin sağlamlıq baxımından hazırda Yəmənin ən pis vəziyyətdə olan bölgəsi olduğu bildirilib.

Vəziyyətin hər gün daha da pisləşdiyi barədə xəbərdarlıq edən qurum problemin həll edilməsi üçün beynəlxalq təşkilatlara çağırış edib.

Qeyd edək ki, işğala məruz qalan Yəməndə aclıq və susuzluq səbəbindən kütləvi xəstəliklər və ölümlər baş verir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort