Türkiyədə uşaq təcavüzçüləri xədim ediləcək - Hökumətdən açıqlama

Türkiyədə uşaq təcavüzçüləri xədim ediləcək - Hökumətdən açıqlama


Bir müddətdir Türkiyədə gündəmdə olan uşaq təcavüzçülərinin xədim edilməsi məsələsi bu yaxınlarda qanuniləşə bilər.


“Qafqazinfo” Posta-ya istinadən xəbər verir ki, bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ bildirib.

Uşaqların təcavüzə uğramasını vəhşilik adlandıran B.Bozdağ deyib ki, təcavüzçülərə kimyəvi xədimetmə tətbiq olunacaq:

“Bu zamana qədər müxtəlif tədbirlə gördük. Qarşıdakı zamanda bunları yenidən nəzərdən keçirəcəyik və cəzaları ağırlaşdıracağıq. Kimyəvi xədim üsulu da icra ediləcək”.

Qeyd edək ki, kimyəvi xədim kimi tanınan üsul hər hansı cərrahi müdaxilə olmadan müxtəlif dərmanlar istifadə edilərək aparılır. Kimyəvi xədimliyə məruz qalan şəxsin testosteron hormonu azalır və cinsi istəyi sıfırlanır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Anası ilə barışdı

16.11.2018 / 19:00
Sabahın hava proqnozu

16.11.2018 / 14:00
 
Xəbər lenti
                                                           
ankara escort