35 yaşlı qadının başına inanılmaz hadisə gəldi - Həkimlər şokda

35 yaşlı qadının başına inanılmaz hadisə gəldi - Həkimlər şokda


Hindistanın Uttar Pradeş əyalətində yaşayan Anusuiya Devi adlı qadının başına inanılmaz hadisə gəlib.

35 yaşlı qadın bədənindən sərt maddələrin gəldiyini iddia edir. 2012-ci ildən bu halla rastlaşan qadın üzərində həkimlər araşdırma aparıb və onun ayağından 72 ədəd iynə və mismar çıxarılıb.

Lakin həkimlər bunun nə demək olduğunu anlaya bilməyiblər. Onlar bildiriblər ki, Devinin bütün bədəninin rengendən keçiriblər və yalnız ayağında iynə və mismarların olduğunu görüblər. Həkimlərin sözlərinə görə, tibbi baxımdan bu maddələrin insan orqanizminə heç bir hal baş vermədən girməsi mümkünsüzdür. Onlar sərt maddələrin Anusuiya tərəfindən ayağına sancıldığını söyləyiblər.

Bəzi tibb işçiləri isə bunun yeni xəstəlik olduğunu və vücudun hansısa maddə çatışmamazlığı səbəbi ilə iynə, mismar “doğduğunu” dilə gətiriblər.

Hindli qadın isə özünə əzab verə bilmədiyini və artıq 6 ildir ki, ayağındakı ağrılara görə gəzməkdə, oturmaqda, uzanmaqda çətinlik çəkdiyini vurğulayıb.



Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort