Vyetnamda daşqınlar nəticəsində ölənlərin sayı 17 nəfərə çatdı

Vyetnamda daşqınlar nəticəsində ölənlərin sayı 17 nəfərə çatdı


Vyetnamda daşqınlar və torpaq sürüşməsi nəticəsində azı 17 nəfər ölüb, 11 nəfər isə itkin düşüb.

Ölənlərdən 12 nəfəri Laytyau, 5 nəfəri Hazyanq vilayətinin sakinlərindən olub. Bu barədə ölkənin “VnExpress” qəzeti məlumat yayıb. Əvvəlki məlumatda 7 nəfərin öldüyü, 5 nəfərin xəsarət aldığı və 12 nəfərin itkin düşdüyü bildirilirdi.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, yerli əhalini təxliyə etmək, itkin düşənləri axtarmaq və təbii fəlakətin fəsadlarını aradan qaldırmaq məqsədilə Vyetnamın Təbii fəlakətlər haqda xəbərdarlıq və onların nəticələrinin aradan qaldırılması komitəsinin 700 əməkdaşı cəlb edilib.

Təbii anomaliyaların Laokay, Hazyanq və Laytyau vilayətlərində ölkəyə vurduğu zərər 75 milyard donq (3,3 milyon ABŞ dolları) həcmində qiymətləndirilir. Ümumilikdə 40-dan çox evi sel aparıb, 250 evə ciddi zərər dəyib, 500-dən çox evi su basıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort