Futbol izləyən göbəyiaçıq iranlı qız tənqid olundu

Futbol izləyən göbəyiaçıq iranlı qız tənqid olundu


Rusiyada təşkil olunan dünya çempionatında İran tribunlarındakı bir qadın sosial şəbəkədə müzakirələrə səbəb olub.

Göbəyiaçıq geyimi ilə diqqət mərkəzində olan iranlı gənc qadının fotosu Feysbuk və Tvitterdə minlərlə dəfə paylaşılıb. O, geyiminə görə insanlar tərəfindən qınağa məruz qalıb.

Qeyd edək ki, İran hökuməti 1979-ci ildən bu yana ilk dəfədir ki, qadınlara kişilərlə birgə futbola baxmağa icazə verib. Ölkə tarixində yenilik sayılan hadisə ilk dəfə Tehranda yerli stadionlardan birində DÇ-də iyunun 20-də İran-İspaniya oyununun canlı yayımı zamanı qeydə alınıb. Matçı izləmək üçün qadınlar arenaya axın ediblər. Əvvəlcə onları içəri buraxmasalar da, oturaq etirazdan sonra tribuna qadınlara açılıb.

Bildirək ki, İran-İspaniya oyunu ispanların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti