Bu ölkədə imtahan zamanı internet kəsiləcək - Feysbuka giriş qadağan ediləcək

Bu ölkədə imtahan zamanı internet kəsiləcək - Feysbuka giriş qadağan ediləcək


Əlcəzair hökuməti məktəblərdə imtahanlar zamanı internetdən köçürmə hallarının qarşısını almaq üçün ölkədə internet 1 saatlıq kəsəcək.

“Qafqazinfo” “ensonhaber.com”a istinadən xəbər verir ki, bu barədə Əlcəzairin təhsil naziri Nuriyə Benqabrit məlumat verib.

Onun sözlərinə görə, 2016-cı ildə kütləvi surətdə köçürmə halları qeydə alınıb və eyni halın təkrarlanmaması üçün belə qərar alınıb.

Bundan başqa, imtahanlar ərəfəsində Feysbuk sosial şəbəkəsinə girişə də qadağa qoyulacaq.

Qeyd edək ki, Əlcəzairdə 700 minə yaxın şagird imtahana girəcək.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort