Türkiyədə kafedə atışma oldu - 3 nəfər öldürüldü

Türkiyədə kafedə atışma oldu - 3 nəfər öldürüldü


Türkiyənin Qaziantep şəhərində Suriya diasporunun nümayəndələri arasında baş verən məişət münaqişəsi silahlı atışma ilə yekunlaşıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Habertürk" telekanalı məlumat yayıb.

Məlumata görə, kafelərdən birində 46 yaşlı suriyalı Mustafa Okan yüksək səslə danışan satıcıya iradını bildirib. Tərəflər arasındakı sözləşmə olsa da, digər şəxslərin müdaxiləsi ilə insidentin böyüməsinin qarşısı alınıb.

Bununla belə, bir neçə saatdan sonra M.Okan dostları və oğlu ilə birgə kafeyə qayıdıb. Bu dəfə tərəflər silahlı atışmaya başlayıblar. Nəticədə M.Okan və oğlu aldıqları güllə yaralarından ölüblər. Hadisə yerinə gələn polis kafe sahibinin qohumundan silahı yerə qoyub təslim olmasını istəsə də, o bundan imtima edib, nəticədə onu öldürüblər.

Hadisə nəticəsində həmçinin 5 nəfər yaralanıb.

Kafenin satıcısı hadisə yerindən qaça bilib. Hazırda onun axtarışları davam etdirilir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti